Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi təyin olunub
21 Dekabr 2018 15:09 SərgilərRusiya Prezidenti Vladimir Putin Xəzər sahili ölkələrlə iqtisadi və humanitar əməkdaşlıq məsələri ilə bağlı dövlət başçısının xüsusi nümayəndəsi Ramazan Əbdülətifovu həmin vəzifədən azad edərək İslam Əməkdaşlıq Təşkilatın (İƏT) nəzdində daimi nümayəndə təyin edib.
Bununla yanaşı, Rusiya Prezidenti İƏT-dakı əvvəlki daimi nümayəndə Sergey Kozlovun həmin vəzifədən azad olunması haqqında fərman imzalayıb.
Qeyd edək ki, R.Əbdülətifov oktaybr ayında könüllü olaraq Dağıstan Respublikası başçısı vəzifəsindən istefa verdikdən az sonra Xəzər əməkdaşlıq məsələrinə dair xüsusi nümayəndə vəzifəsinə təyin edilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31