Mey Trampın hədiyyəsini qəbul etməyib

Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniyanın hədiyyəsini qəbul etməyib.

Bu hadisə yayda, D.Trampın Britaniyaya səfəri zamanı baş verib.

Qeyd olunur ki, Tramp cütlüyü Tereza Meyə bəzək əşyaları və mücrü təqdim edib.

Lakin ölkədə mövcud olan qanunla əlaqədar olaraq Baş nazir hədiyyəni geri qaytarmalı olub.

Qanuna əsasən, Böyük Britaniyada hökumət üzvləri dəyəri 140 funt sterlinqdən yüksək olan hədiyyəni qəbul edə bilməzlər.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31