Slovakiya rus diplomatı ölkədən qovdu
5 Dekabr 2018 16:12 SərgilərSlovakiya rus diplomatı ölkədən qovub.
Bu barədə Slovakiyanın Baş naziri Peter Pelleqrini bildirib.
"Hərbi kəşfiyyatdan daxil olan məlumata əsasən, 22 noyabr 2018-ci il tarixində Rusiya Federasiyası səfirliyinin hərbi attaşe aparatının diplomatı ölkədən qovulub. O, arzuolunmaz şəxs elan edilib, çünki Slovakiya və NATO əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğul olub", - baş nazir qeyd edib.
Rus diplomat arzuolunmaz şəxs elan olunduqdan 48 saat sonra ölkəni tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31