İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib
5 Dekabr 2018 12:57 Sərgilərİstanbul Prokurorluğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri Səud bin Abdullah əl-Kahtani və Baş Kəşfiyyat İdarəsi sədrinin müavini, general Əhməd Asirinin jurnalist Camal Qaşıqçıcinayəti çərçivəsində həbsini tələb edib.
Onlar jurnalistin öldürülməsini planlaşdırmaqda şübhəli bilinir.
Qeyd edək ki, oktyabrın 2-də "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31