ABŞ-da uşaq futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb

Ötən gecə ABŞ-ın Arkanzas ştatının Litl Rok şəhərindən, təqribən, 40 kilometr cənub-qərbdə uşaq futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb.

Nəticədə uşaqlardan biri ölüb, əksəriyyəti uşaqlar olan 40 nəfər də xəsarət alıb. Xəsarət alanlardan 21 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Avtobus uşaqların istirahət etdikləri Dallas şəhərindən Memfisə gedirmiş.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31