Avstraliyada əcnəbi agentlər fəaliyyətləri barədə ictimai hesabat verəcəklər

Avstraliyanın hakimiyyət orqanları xarici dövlətlər adından fəaliyyət göstərən şəxslərin ölkədə qalması şərtlərini sərtləşdirəcəklərini bəyan ediblər.

Avstraliyanın hakimiyyət orqanları xarici dövlətlər adından fəaliyyət göstərən şəxslərin ölkədə qalması şərtlərini sərtləşdirəcəklərini bəyan ediblər.

Əcnəbi agentlər üçün yeni qaydalar cari il dekabrın 10-dan qüvvəyə minəcək. Qaydalara əsasən, Avstraliya ərazisində xarici dövlətlərin nəzarəti altında işləyən əcnəbi agentlər öz fəaliyyətlərini ictimai reyestrdə tam şəkildə təsvir etməlidirlər. Bu qaydaların əks olunduğu normativ sənədlər xarici dövlətlərin Avstraliyanın siyasətinə qarışmasının qarşısını almaq üçün hazırlanmış dövlət proqramının tərkib hissəsini təşkil edir.

"Əcnəbi agentlər Avstraliyada əvvəllər də olduğu kimi, azad fəaliyyət göstərəcəklər, lakin bu, qanunauyğun, açıq və şəffaf şəraitdə həyata keçiriləcək", - deyə ölkənin baş prokuroru Kristian Porter bildirib. Baş prokurorun sözlərinə görə, yeni qanun Avstraliyada keçirilən seçkilərə xarici müdaxilənin və "2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı" baş vermiş halın gələcəkdə təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31