Qadın deputatların Dünya Konfransı keçiriləcək
7 Noyabr 2018 17:30 SərgilərNoyabrın 7-8-də Londonda Qadın millət vəkillərinin Dünya Konfransı keçiriləcək. Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edəcək. MM-dən "Olaylar"a bildirilib ki, Böyük Britaniya Parlamentinin Qadın və bərabərlik Nazirliyi ilə birlikdə keçirəcəyi konfransda qadınların siyasi həyatda rolu, bu sahədə qadınların səylərinin artırılması mövzularında müzakirələr aparılacaq. Deputatımızın səfəri noyabrın 9-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31