Angela Merkel: “Uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram”
29 Oktyabr 2018 17:06 Sərgilər"Ötən dəfə keçirilən federal seçkilərdən bu yana baş verən bütün uğrusuz hadisələrin məsuliyyətini mən daşıyıram".
Bunu Almaniyanın Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının rəhbərliyi ilə görüşdə deyib.
O bildirib ki, başçılıq etdiyi hökumət artıq etibarını itirib.
"Bavariya və Hessedə keçirilən seçkilər və hökumətin qurulması ilə bağlı anlaşılmazlıqlardan sonra əvvəlki kimi fəaliyyət göstərməyəcəyik", - deyə Angela Merkel vurğulayıb.
Qeyd edək ki, o, partiyasının dekabrda keçiriləcək qurultayın sədr postuna namizəd olmayacağını bildirib. Bu həm də onun 2021-ci ildə kansler postuuna namizəd olmayacağı deməkdir. Partiya sədrliyinə namizədin parlamentdəki Mühafizəkar Fraksiyanın başçısı Fredrix Merzin olacağı ehtimal edilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31