Ermənistanın keçmiş müdafiə nazirinin baldızı intihar edib

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryan intihar edib. 

Onun meyiti Yerevandakı Davidaşen körpüsünün altından tapılıb.

Ölkənin İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib ki, 45 yaşlı qadının intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, L.Xaçatryan Yerevanda xəstəxanalardan birində həkim işləyirmiş. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31