“Astana formatı hədəf alınıb” – Lavrov
24 Oktyabr 2018 15:07 Sərgilər"Suriya böhranının həllinə yönələn ən obyektiv addım Astana formatıdır".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, bu, bütün müşahidəçilər tərəfindən də qəbul edilib: "Görünüşə görə, məhz bu səbəbdən Astana formatı Suriya xalqının mənfəətini deyil, öz geosiyasi mənafelərini düşünənlərin hədəfinə çevrilib.
XİN rəhbəri qeyd edib ki, Rusiyada Astana formatında yeni bir liderlər zirvəsinin hazırlığı aparılır: "Soçi, Tehran və İstanbulda indiyə kimi 3 zirvə toplantısı gerçəkləşib. Növbəti zirvə toplantısını hazırlama sırası bizdədir".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31