Çindən Trampa sərt cavab: "Şantaja dözməyəcəyik"

Pekin heç bir ölkənin şantajına səbir etməyəcək.

Bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin danışıb.

"Dünən mən artıq Çinin mövqeyini ifadə eləmişəm. Bu müqavilə ABŞ və keçmiş SSRİ arasındadır. Yəni ikitərəfli müqavilədir", - XİN rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmaya qoşulmalı olduğunu açıqlamışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31