İran hərbiçiləri Pakistanla sərhəddə girov götürülüb
Bəlucistan vilayətində fəaliyyət göstərən Ceyşul Ədl təşikaltının üzvləri İran-Pakistan sərhədində 14 hərbiçini girov götürüb.
19 Oktyabr 2018 13:50 SərgilərBəlucistan vilayətində fəaliyyət göstərən Ceyşul Ədl təşikaltının üzvləri İran-Pakistan sərhədində 14 hərbiçini girov götürüb.
Gecə saatlarında Mircaveh nəzarət - buraxılış məntəqəsinə hücum edən silahlılar sərhədçiləri girov götürüblər. Onların Pakistan ərazisinə qaçdıqları güman edilir. İranın Daxili İşlər Naziri Əbdurrıza Rəhmani Pakistan tərəfini hərbiçilərin azad edilməsi üçün birgə hərəkətə keçməyə dəvət edib.
Qeyd edək ki, İranla Pakistan arasında sərhəd təhlükəsizliyilə bağlı əməkdaşlıq sazişi mövcuddur.
Mehdi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31