Efiopiyada hərbi helikopter qəzaya uğrayıb, 17 nəfər həlak olub

Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində ikisi uşaq olmaqla azı 17 nəfər ölüb.

Hadisə Oromiya regionunda baş verib.

AP-nin məlumatında helikopterin Dıre-Dauadan Debre-Zeytdəki aviabazaya uçduğu bildirilib.

Hazırda qəzanın səbəbləri aydınlaşdırılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31