Tiflisdə böhran bitdi: Hökumət geri çəkildi

Tiflis metrosunun maşinistləri daxili məsləhətləşmələrdən sonra metronun fəaliyyətinin bərpası haqqında qərar qəbul ediblər.

Tiflis metrosunun maşinistləri daxili məsləhətləşmələrdən sonra metronun fəaliyyətinin bərpası haqqında qərar qəbul ediblər.

Maşinistlər başlatdıqları tətili 14:00-da bitirəcəklərini deyiblər. Etirazçılar maaşlarının artırılmasıyla bağlı Tiflis meri Kaxa Kaladzenin məsuliyyəti üzərinə götürdüyünü açıqlayıblar.

Qeyd edək ki, maşinistlər Tiflisdə maaşlarının 45 faiz artırılması tələbi ilə 2 gündür tətil edirlər.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31