Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident - "Az-Tex-Import" MMC qeydiyyata alınıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a veriln məlumata görə, "Az-Tex-Import" MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə "IVECO" markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 19,2 mln manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31