Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaqdır. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda da Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur  və həmin layihələr Agentlikdə təhlil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31