Sumqayıt Kimya Sənaye Parkının rezidenti istehsalı artırıb
6 Aprel 2022 12:06 SənayeSumqayıt Kimya Sənaye Parkının rezidenti "Archi Glass" MMC-də yeni istehsal xətti yaradılıb. Quraşdırılan avadanlıq iki və üçkameralı, həmçinin skylight paket şüşələrin istehsalında istifadə olunur. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, "Archi Glass" MMC 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatların istehsalını həyata keçirir. İllik istehsal gücü 250-280 min m² şüşə olan müəssisədə 5 növdə və müxtəlif rənglərdə 1000 çeşiddən çox məhsul emal edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldilib. İnvestisiya dəyəri 5,4 milyon manat olan müəssisədə 50-dən çox işçi çalışır. "Archi Glass" MMC-nin məhsulları işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərində istifadə edilir.