Türkiyə "SUPER BOMBA" istehsal etdi - 1 metr qalınlığındakı divarı darmadağın edir
Türkiyə tarixində ilk dəfə miniatür bomba istehsal edib. Miniatür bomba, hava platformasıından yüklü daşınma sistemi ilə atılabilən quru hədəflərinə qarşı istifadə olunan İNS və GPS -lə təchiz edilmiş idarəolunan raket sistemidir
1 Sentyabr 2021 08:41 SənayeTürkiyə tarixində ilk dəfə miniatür bomba istehsal edib. Miniatür bomba, hava platformasıından yüklü daşınma sistemi ilə atılabilən quru hədəflərinə qarşı istifadə olunan İNS və GPS -lə təchiz edilmiş idarəolunan raket sistemidir.
Kanal.az bu barədə TSK-ya istinadən xəbər verir.
100 km məsafəyə sahib olan bu raketlər güclüzərbə qabiliyyətinə sahibdir.
Bu raketlər 1 metr qalınlığında olan divarı deşib-dəlmək gücünə qadirdir.
Türkiyə Milli Müdafiə Sənayesi Türkiyə cumhuriyyəti rəhbərliyi ilə Türk ordusu üçün bu raketlərin istehsalı haqqında müqavilə imzalayıb.
ASELSAN miniatür bomba layihəsi ilə bərabər çoxasqılı daşıma qurğusu hazırlayaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarələri olan F-16 qırıcı-bombardmançıları üçün istifadəyə verəcək.Bu asqı sistemlərinə iki blok olmaqla, hər bloka 4 raket yerləşdirmək mümkündür.Təyyarələr bu raketlərlə eyni anda 8 hədəfə qarşı zərbə endirməyə sahib ola biləcək.