Nazirlikdə istehsalat təcrübəsinin təşkili ilə bağlı təlim keçirilib

Aqrar Tədqiqatlar Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib

Aqrar Tədqiqatlar Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib. "Olaylar" xəbər verir ki, Nazirliyin İnsan resursları şöbəsinin keçirdiyi təlimdə şöbənin əməkdaşı Elnur Atayev təqdimatla çıxış edib, tədbir iştirakçılarına istehsalat təcrübəsinin təşkil edilməsi qaydaları ilə bağlı geniş məlumat verib. Bildirib ki, təhsil müəssisələrinin tələbələrinin müvafiq dövlət qurumlarında təcrübə keçmələri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Bu qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda da tələbələrin istehsalat təcrübəsi keçmələrinə şərait yaradılır.

E.Atayev təcrübənin təşkili qaydaları haqda məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsi Nazirliyin Hüquq şöbəsi tərəfindən hazırlanan müqavilə əsasında həyata keçirilir. Müqavilə qurumla təhsil müəssisəsi arasında bağlanır, tərəflərin öhdəliklərini müəyyən edir. Həmçinin müqavilədə təcrübənin müddəti, təcrübə keçəcək tələbələrin ixtisası, sayı və s. göstərilir. Daha sonra tədbirdə təcrübə keçəcək tələbələrin bilməli olduqları nüanslar barədə məlumat verilib. Qeyd olunub ki, bu nüanslara əsasən təcrübəkeçmə qaydaları, təhlükəsizlik tədbirləri aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31