Buçaya giriş bağlandı: Aİ nümayəndə heyətinin səfəri Kiyev ətrafında nəqliyyat böhranı yaratdı-ÖZƏL

Kiyev vilayətinin Buça şəhərinə girişin tam bağlanması paytaxt ətrafında ciddi nəqliyyat sıxlığına səbəb olub. Olaylar.az xəbər verir ki, "Strana" nəşrinin yaydığı məlumata görə, tətbiq olunan məhdudiyyətlər nəticəsində Buça-Kiyev istiqamətində uzun tıxaclar yaranıb və vəziyyət daha da gərginləşib. Məlumata əsasən, şəhərə girişin bağlanması Avropa İttifaqı nümayəndə heyətinin səfəri ilə əlaqədardır. Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas və bir sıra üzv ölkələrin xarici işlər nazirləri Kiyevdə keçiriləcək qeyri-rəsmi görüş çərçivəsində Buçaya səfər etməyi planlaşdırır.

Bildirilir ki, görüş çərçivəsində Aİ Şurasının qeyri-rəsmi iclası keçiriləcək. Bununla yanaşı, bəzi Avropa ölkələrinin bu səfərdə nazirlər səviyyəsində deyil, daha aşağı səviyyəli diplomatlarla təmsil olunacağı qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31