Qazaxıstanlı müşahidəçi: Azərbaycanda seçkilər demokratik və şəffaf keçirilib
2 Noyabr 2015 09:36 Ru"Seçkilər" Media Mərkəzi - "Azərbaycanda parlament seçkiləri yaxşı təşkil olunub. Bütün məntəqələrdə seçkilər demokratik və şəffaf keçirilib". Seçki-2015.az saytının xəbərinə görə, bunu Qazaxıstanın "Kazinform" beynəlxalq xəbər agentliyinə Türkdili Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçisi Serikcan Kanaev bildirib."Biz şənbə günü Azərbaycanın Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüşdə seçkilərə hazırlıq barədə söhbət etdik. Bazar günü isə seçkilərin çox yüksək səviyyədə təşkil olunduğunu gördük", - deyə beynəlxalq müşahidəçi əlavə edib.Bundan başqa, agentlik Seçki-2015.az saytına istinadla seçkinin gedişatı barədə ümumi məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31