Xalq artistinin vəziyyəti ağırlaşdı

Xalq artisti Yalçın Rzazadənin səhhəti yenidən ağırlaşıb. Milli.Az xəbər verir ki, publika.az-ın əməkdaşının telefon zənginə cavab verən sənətkar özünü pis hiss etdiyini və dünəndən səhhətindəki problemlərin yenidən özünü büruzə verdiyini söyləyib: "Qan təzyiqim yüksəkdir, ürəyimdə problem var. Elə indicə həkimdən gəlirəm. Dünən də Mədəniyyət və İncəsənət Universitetindəki işimi yarımçıq qoyub evə getmişdim. Həkimlər bildirdilər ki, bir müddət işə getməyim. Çünki mənə sakitlik lazımdır".

Qeyd edək ki, bir müddət öncə də xalq artistinin sağlamlığında ciddi problem yaranmışdı. Ancaq sonradan həkimlərin müdaxiləsi ilə sənətkarın vəziyyəti stabilləşmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31