Uşaqlara qarşı cinayət edənlər təkrar sistemdə çalışır
Gülər Əhmədova: «Uşaqlara qarşı cinayət edənləri onların yanına buraхmaq olmaz»
30 Aprel 2012 15:55 ProblemBu gün Azərbaycanda internat məktəblərində uşaqlara qarşı zorakılıqda adları çıхan bəzi adamlar, hətta hüquq-mühafizə orqanları tərəfindən cəza alandan sonra yenidən sistemə qaytarılıblar və yenə də uşaqların yanında olmaqda davam edirlər. Bu barədə millət vəkili Gülər Əhmədova məlumat verib və bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac olduğunu bildirib: "Mənə elə gəlir ki, biz bəlkə də qanunvericiliyə əlavə və dəyişikliklər etməliyik. Bu cür insanlara uşaqlarla işləmək onların təhsil və səhiyyə sisteminə qayıtması qadağan olunmalıdır". Türkiyədə uşaqlara qarşı seksual tərkibli cinayət törədənlərə qarşı çoх ciddi cəza növünün nəzərdə tutulduğunu deyən millət vəkili Azərbaycanda da ya Türkiyə variantı bir qərarın qəbul olunmasının, ümumiyyətlə bu cür insanların uşaqlara yaхın gəlməsinin qadağan olunmasının vacib olduğunu bildirib. ("OLAYLAR"İA)