Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminlidir

Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizini  məişət zorakılığı cinayətləri təşkil edir. Bu barədə məlumatı Daхili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev verib. Bildirib ki,  cinayətlərin fonunda cinsi zorakılıq cinayətləri də müəyyən yer tutur: "Bir çoх Avropa, MDB ölkələri ilə müqayisədə bizdə uşaqlara qarşı məişət zəminində törədilən cinayətlər və onun cinsi istismar növləri 2-4 dəfə aşağıdır. Bu sevindirici hal olsa da, hər bir uşağa qarşı törədilən cinayət bizi düşündürür. DİN sistemində ictimai təhlükəsizlik sisteminin fəaliyyətində aparılan islahatların, fəaliyyətlərin təkmilləşdirilməsi, bu sahəyə daha çoх diqqət yetirilməsi və onun qarşısının alınmasında ictimai institutlarla əlaqələrin inkişaf etdirilməsi bizim  üçün prioritet məsələlərdən biridir". ("OLAYLAR"İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31