Qanunsuz tikililərdən yaxa qurtarmaq mümkündürmü? - PROBLEM
14 Avqust 2012 20:21 ProblemBakı sakininin pəncərəsinin qarşısında qanunsuz obyekt tikilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Nərgiz adlı Bakı sakini məlumat verib. "Mən Bakının mərkəzində birinci mərtəbədə yaşayıram. Evimin qarşısında bir sot ərazisi olan torpaq sahəsi var. Bu günlərdə məlumat aldım ki, həmin ərazidə hansısa obyekt tikmək istəyirlər. Əgər bu obyekt tikilsə, mənim obyektimin qarşısı alınacaq. Bilmək istəyirdim ki, mənim icazəm olmadan bu obyekt tikilə bilərmi?", - oxucunun məktubunda qeyd olunub. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı əməkdar inşaatçı Emil Axundovla əlaqə saxlayıb. Onun sözlərinə görə, hər hansı bir obyekt inşa olunmazdan öncə, onun layihəsi hazırlanmalı, yanğın təhlükəsizliyi, sanitariya və digər normalar göstərilməlidir. "Pəncərəyə gün işığının və hava axınının qarşısının alınması qanunla qadağan olunur. Əgər belə bir obyekt inşa olunursa, mütləq Fövqəladə Hallar Nazirliyinə məlumat verilməlidir. Normalara əsasən, hər bir yaşayış evinin qarşısında hava axını və insanların istirahəti üçün boş sahə olmalıdır. İndiki beş və doqquz mərtəbəli evlərin həyətində nə isə inşa etmək qadağandır. Çünki o binalarda hər şey hesablanıb", - o qeyd edib.