Daha bir yol bağlanır
Nobel prospektində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
3 Avqust 2014 15:47 ProblemPaytaxtda daha bir yol təmirə bağlanır. ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev və Baək prospektlərindən istifadə etmələri tövsiyə olunur. Xatırladaq ki, bu gün həmçinin Abdulvahab Salamzadə küçəsində (yol ötürücüsünün üstündə) aparılan təmir işləri ilə əlaqədar olaraq Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Abdulvahab Salamzadə küçəsi, Kənar yoldan və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.