Tərtər selə təslim oldu, iki kənddə evləri su basdı
12 İyun 2014 15:52 ProblemFövqəladə Hallar Nazirliyi Tərtərdə güclü yağışın fəsadları barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər kəndində bir neçə evin zirzəmisinə və həyətinə dolub. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi müvafiq xilasetmə qüvvələri və texnikası ilə yağıntının fəsadlarını aradan qaldırmaq üçün əraziyə cəlb edilmişdir.Borsunlu kəndində bir evin zirzəmisi, Dəmirçilər kəndində isə bir evin həyəti yağış sularından təmizlənib. Əməliyyat saat 03:20-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31