Qasırğa Göygölü ağuşuna aldı
Hacıməlikli kəndində güclü qasırğa olub
9 İyun 2014 13:43 ProblemÖtən gün Göygöl rayonunda güclü qasırğa olub. Qasırğa axşam saatlarında qopub. Təbiət hadisəsi Hacıməlikli kəndində bir çox problemlər yaradıb. Belə ki, kəndin orta məktəbi, uşaq bağçası, poçt və yaşayış binalarının dam örtükləri dağılıb. Fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Bundan başqa, kəndə verilən elektrik enerjisi dayandırılıb. Hazırda qasırğanın yaratdığı fəsadlar araşdırılır. Problemlərin aradan qaldırılması istiqamətində iş görülür. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31