Yardımlı rayonunda uçan körpü 7 kəndlə əlaqəni kəsib - PROBLEM
6 İyun 2014 13:42 ProblemBir aya yaxındır ki, Yardımli qəsəbəsi Nizami küçəsində Viləş çayı üzərindəkı körpü üçsa da indiyə qədər bərpa edilməyib. Bu barədə yerli sakinlərin verdiyi məlumata görə, hələ sovet dönəmində inşa edilmiş, qəsəbəni iki yerə ayıran, rayon mərkəzini 7 kəndlə birləşdirən körpü ağır tonnajlı yük maşını üzərindən keçən zaman uçub. Körpünün tezliklə bərpa ediləcəyini söz versələr də bu günə kimi bərpa edilməyib. Əvəzində el arasında " Ölüm yolu" adlandırılan köhnə bir yolü işə salıblar. İndi qəsəbə əhalisinin yarısı, xüsusən Bozayran kənd camaatı bir aydır ki, təhlükəli yoldan istıfadə edir: " Tərslikdən demək olar ki, hər gün yağış yağır . Bir neçə dəfə avtomobillərin aşıb çaya düşməsinin qarşısı əhalinin fiziki gücü hesabına alınıb. Rayon İcra Hakimiyyəti tərəfindən isə konkret addım atılmır".