Azərbaycanda yodlaşdırılmamış duz satılır - TƏHLÜKƏ
4 İyun 2014 16:20 ProblemAzərbaycanda bazarda kifayət qədər təhlükəli duzlar satışa çıxarılır. "OLAYLAR"ın məlumatına görə, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu gün duz bazarında təhlükəli duzlar satılır: "Bu bazarda vəziyyəti tam olaraq düzəltmək mümkün deyil. Hazırda Şəki və Salyan rayonları ətrafında duz gölləri var. Oradan duzlar birbaşa yığılaraq satışa çıxarılır. Bu duzlar heç bir yerdə yodlaşdırılmır. Ona görə də bu gün satışda kifayət qədər yodlaşdırılmamış, təmizlənmədən satışa çıxarılan duzlar var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31