“Şollar” məhkəməyə verildi
28 Aprel 2014 17:35 ProblemAzərbaycanın məşhur "Şollar" brendi ilə su istehsal edən "Shollar Bottling Company" LTD şirkəti borca görə məhkəməyə verilib. Femida.az xəbər verir ki, məşhur şirkət qarşısında iddianı "Bakpet" MMC qaldırıb. İşə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, "Bakpet" MMC su, yağ və sair qabların istehsalı və satışı ilə məşğuldur. "Shollar Bottling Company" LTD şirkəti də su butulkalarını "Bakpet" MMC-dən alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31