Ölkədə 26716 narkoman var

Azərbaycanda 26716 nəfər narkoman kimi qeydiyyatdadır. "OLAYLAR"-un verdiyi məlumata görə, belə bir açıqlama ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev çıxış edib. Bildirib ki, qeydiyyatda olan narkomanlardan 511-i qadınlardır: "14-17 yaş arasında olanlar 2 təşkil edir. 280 nəfərdən artıq isə 18-29 yaş arasında olan gənclərdir". Vasif Quliyev deyib ki, ötən il hüquq-mühafizə orqanları tərəfndən 1 tondan artıq müxtəlif növ narkotik vasitələr dövriyyədən çıxarılıb: "Keçən il dövriyyədən çıxarılan narkotik vasitələr əvvəlki illərdən fərqli olaraq daha ağır tərkibli narkotik vasitələr olub. Son illər heroin, tiryək və psixotrop maddələrin ölkəyə gətirilməsi daha çoxalıb".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31