2 nəfər məktəbli narkoman kimi qeydiyyatdadır
26 Aprel 2012 16:17 ProblemKeçən il 2 nəfər azyaşlı orta məktəb şagirdi narkotik vasitələrdən istifadəçi kimi qeydiyyata götürülüb. "OLAYLAR"-un xəbərinə görə, bu barədə məlumatı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev verib. Bildirib ki, bununla bağlı Dövlət Komissiyası Təhsil Nazirliyi ilə əlaqələri davam etdirir: "Çalışırıq ki, müvafiq maarifləndirmə tədbirləri həyata keçirilsin və orta məktəblərdə bu cür problemlər baş verməsin". Vasif Quliyevin sözlərinə görə, narkomaniya probleminin aradan qaldırılması istiqamətində təmsil etdiyi Dövlət Komissiya prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq lazımı tədbirlər həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31