İyulun 30-da Vladivostok şəhər Prokurorluğunun işçiləri evakuasiya edilib. Prokurorluq işçiləri binanın üzərində çatların əmələ gəldiyini görərək binanı tələsik tərk ediblər. Hazırda işçilər küçədədirlər və onlar mütəхəssislərin gəlişini gözləyir. Məlumatı rəsmi dairələr də təsdiqləyir. Hadisə yerinə ekspert qrupu göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31