Rusiyada 200-dən artıq meşə yanğını
30 İyul 2012 16:57 ProblemRusiyada 200-dən artıq meşə yanğını qeydə alınıb. Yanğınlar təqribən 27 min hektar ərazini əhatə edib. Yanğınlar yaşayış məntəqələri və iqtisadi obyektlər üçün təhlükə kəsb etmir.
Daha acınacaqlı vəziyyət Уral, Sibir və Уzaq Şərq Federal Dairəsi ərazisindəki meşələrdədi. Təkcə Krasnoyarsk vilayətində 83 meşə yanğını qeydə alınıb. Gərgin vəziyyət həmçinin Xantı-Mansiysk, Yakutiya və Tuvada hökm sürür. Meşə yanğınları Cənub Federal Dairəsində, Tomsk və Novosibirsk vilayətində, Kemerovsk vilayətinin şimalında, Altay və Krasnoyarskda, Omsk vilayətinin cənub və şərqində və s. ərazilərdə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31