Güclü külək Quba və Xaçmazda fəsadlar törədib

Güclü külək Quba və Xaçmaz rayonunda ciddi fəsadlar törədib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hər iki rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda bir neçə evin damı örtüyü uçub.

Xaçmaz şəhərinin mərkəzində yerləşən yüksək mərtəbəli yaşayış binalarının bir neçəsinin dam örtüyü uçub. Rayonun əksər yaşayış massivləri işıqsız qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31