Güclü külək məktəbin dam örtüyünü uçurdu

Binada təhlükəli vəziyyət yarandı

Martın 17-dən 18-nə keçən gecə ölkə ərazisində baş verən güclü külək bir sıra fəsadlar törədib. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sumqayıtda baş verən güclü külək həmin vaxt bir sıra təhlükəli anlara səbəb olub. Şəhərin küçələrində elektrik xətləri qırılıb, küçələrdəki iri reklam lövhələri aşıb. Bununla yanaşı, güclü külək Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 saylı orta məktəbin dam örtüyünün sıradan çıxmasına səbəb olub. Külək məktəbin dam örtüyünü tamamilə yararsız vəziyyətə salıb. Orta məktəbin dam örtüyü aşıb. Hazırda məktəbin binasında təhlükəli vəziyyət yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31