Jurnalist evindən çıxarıldı
10 Fevral 2014 11:46 Problem"Sosial Xəbər" İnformasiya Agentliyinin köşə yazarı, şair- jurnalist Namiq Zaman yaşadığı mənzildən çıxarılır. Ağdaşda məskunlaşan məcburi köçkün ailəsi qışın soyuğunda çölə atılır. Buna səbəb həmin ərazinin özəlləşdirilməsi olsa da ailəyə sığınacaq verən yoxdur. Müşfiq Məmmədov adlı sahibkar həmin ərazini özəlləşdirib və bu ailənin ərazidən çıxarılması üçün məhkəməyə müraciət edib. Ağdaş rayon məhkəməsi də ailənin oradan çıxarılması dair qərar verib. Bunun əsasında məhkəmə icraçıları da Namiq Zamanovun ailəsini çıxarmaq üçün ora gediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31