Bakıda daha bir tikinti fəlakəti yaşana bilər
28 Yanvar 2014 11:32 ProblemÖtən həftənin şənbə günü Heydər Əliyev prospektində baş verən hadisə yenidən təkrarlana bilər. Bu dəfə Badamdar qəsəbəsində. Milli.Az-ın məlumatına görə, Badamdar qəsəbəsində yaşayan sakinlər Day.Az-a bildiriblər ki, Q.Qarayev küçəsində tikilən obyektin dağıntıları altında qalmaqdan qorxurlar.
Oxucuların göndərdikləri fotolardan da aydın görünür ki, metal çəpər var. Ancaq binanın hündürlüyü artdığına görə, həmin çəpər aktuallığını itirib. Fəhlələr kərpicləri ikinci mərtbəbəyə linglə qaldırırlar, ancaq bu onların özü üçün də təhlükəlidir. Çünki başlarında dəbilqə də yoxdur.
Əməkdar inşaatçı Emil Axundov deyir ki, bu gün tikintilər təhlükəsizlik texnikasının kobud şəkildə pozulması ilə müşaiyət olunur. Bu məsələnin həll olunması üçün nəzarət edici orqanların işləri hiss olunmur.
"Gərək faciə baş versin ki, ondan sonra təhlükəsizlik üçün tədbirlər görülsün", - o əlavə ebib.
Səbail Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Elman Yəhyayevdeyib ki, məsələdən xəbərsizdir. Bununla belə, məsələni araşdıracağı barədə vəd verib.
144 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları isə sakinlərin mövqeyini təəccüblə qarşılayıblar.
"Redaksiyaya şikayət edən sakinləri anlamıram. Tikinti üçün bütün sənədlər var. Tikintilər icra hakimiyyəti orqanları ilə razılaşdırılıb. İndi istəyirlər ki, binanı söksünlər?"