Azərbaycanda yol polisinin jurnalistdən rüşvət alması barədə video yayıldı VIDEO

Azərbaycanda daha bir yol polisi əməkdaşının küçədə sürücüdən rüşvət alması ilə bağlı videoçarx yayılıb. "OLAYLAR"ın məlumatına görə, yol polisi əməkdaşının rüşvət almasını "Starxəbər" İnformasiya Agentliyinin əməkdaşı lentə alıb. Hadisə ötən il dekabrın 12-də Bakı-Qazax yolunun Qarasu ərazisində baş verib. "Starxəbər" saytının baş redaktoru Rasim Əlizadə sözügedən ərazidə DYP əməkdaşlarının qanunsuz radarına rast gəlib. Baş redaktor Rasim Əlizadə etiraf edib ki, həqiqətən də sürət həddini aşıb və bu da tədbirə gecikmələri ilə bağlı olub. Vəziyyəti DYP işçilərinə izah etməsinə baxmayaraq, onlar bütün hallarda cərimə ödəməyin vacib olduğunu bildiriblər. DYP əməkdaşıRasim Əlizadədən heç bir protokol tərtib etmədən, habelə heç bir qəbz vermədən 200 manat pul alıblar.

Yol polisi baş redaktorla radar barədə alver edərək əvvəlcə 250 manat istəsə də, sonradan 200 manatla razılaşıblar. Həmin an avtomobildə olan saytın əməkdaşları polisin rüşvətalma səhnəsini lentə alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31