“Seks biznesi inkişaf edir” - PROBLEM

Efirdə yayımlanan gözəllik proqramları qadın alverinin bir qolu hesab edilə bilərmi?

Ta qədim zamanlardan qadına həm də zövqverici bir məxluq kimi baxıblar. Şahlar, sultanlar boş vaxtlarında hərəmləri ilə vaxt keçirir, onlarla əylənirdilər. Qadın alveri bu gün də dünyada aktual problemlərdən biri hesab edilir. Bu biznes həm də günümüzün ən gəlirli "biznes"i hesab edilir. Müxtəlif yollarla qadınlar kiminsə toruna düşür, qadın alveri biznesinin qurbanı olur.Hər il dünyada 70 faiz qadın zorakılığa məruz qalır. Bu göstərici BMT-nin hesabatında da qeyd olunub. Milyonlarla qadın və qız döyülür, onlara qarşı həqarət edilir. Qadınlara qarşı zorakılığın ən dəhşətli forması da qadın alveri hesab edilir. Bu gün efir məkanında yayımlanan verilişlərin bir qismi də qadın alverini təbliğ edir. Gözəl bədən quruluşuna sahib olan gənc qızlar bu yolla sabah kimlərinsə toruna düşür. Mövzu ilə bağlı Qadın Krizis Mərkəzinin rəhməri Mətanət Əzizovanın fikirlərini öyəndik. Onun sözlərinə görə bu istiqamətdə dövlət, müxtəlif QHT-lər tərəfindən uğurlu addımlar atılsa da problem ölkəmizdə hələ də aktuallığını saxlamaqdadı. Mətanət Əzizova deyir ki, nəinki xaricə, həmçinin də bir çox xarici ölkələrdən Azərbaycana qadın alverinin qurbanına çevrilmiş şəxslər gətirilir: "Bir neçə ildir ki, bu problemin həlli isitiqamətində müxtəlif addımlar atılıb, qanunvericilik bazası möhkəmləndirilib. QHT-lərin də bu istiqamətdəki rolu danılmazdı. Bu illər ərzində qadın alveri biznesinin zəifləməsi üçün müxtəlif maarifləndirici kampaniyalar təşkil edilib. Amma təəssüflə qeyd edə bilərik ki, hələ də həllini tapmayan bir sıra problemlər var. Bu gün nəinki Azərbaycandan xaricə, müxtəlif xarici ölkələrdən də qadınlar gətirilir". M.Əzizova deyir ki, insan alverinin qurbanı olan azyaşlılar, kişilər də az deyil. Onun sözlərinə görə, bir sıra şəxslərin bu biznesdə maraqlı olması problemlərin həllinin qarşısını almaqda maneə törədir: "İnsan alveri dedikdə yalnız qadınlar nəzərdə tutulmamalıdı.  Qeyd edə bilərik ki, azyaşlılar, kişilər də müxtəlif üsullarla istismar olunur. Bu o deməkdir ki, nəinki qadınlar, o cümlədən azyaşlılar və kişilər müxtəlif formada insan alverinin qurbanı olaraq istismara məruz qala bilərlər. Korrupsiyanın yüksək olması, dövlət strukturlarının bu işdə maraqlı olması problemlərin həllinin qarşısını alır. Narkotik və silah alverindən sonra qadın alveri biznesi daha gəlirli sahə hesab edilir. İnsanların bədənlərindən, onların istismarından yüksək məbləğ əldə edirlər. Bu maraq insan alveri probleminin həllinin tapmasına imkan vermir. İnsan alveri qurbanları sırasında qadınlar və azyaşlılar daha çox üstünlük təşkil edir. Bu iki təbəqə zəif qrup hesab edilməklə hüquqlarının müdafiəsində çətinlik çəkirlər". Bu gün azərbaycanlı qadınların xaricdə istismara məruz qaldığını deyən M.Əzizova bu ölkələr sırasında Dubay və Türkiyənin də adını qeyd edir. Onun sözlərinə görə, hazırda Azərbaycana Özbəkistan, Rusiya və Çindən də qadınlar gətirilir. Son dövrlər Azərbaycanda qadın alveri biznesinin genişləndiyini söyləyən M.Əzizova turizm mövsümündə bu sahənin xüsusi ilə aktual olduğunu diqqətə çatdırır: "Azərbaycanda son dövrlər qadın alveri biznesi inkişaf edib. Turizm mövsümündə bu biznes daha da geniş vüsət alır. Müxtəlif ölkələrdən gələn turistlər qadınlarla əylənərək vaxt keçirirlər. Bu da onu göstərir ki, Azərbaycanda seks biznesi inkişaf edir".

Ekspert sosial şəbəkələrdə bu biznesin təbliğatının geniş yayılması qənaətindədi. Onun sözlərinə görə, KİV də qadın alveri məsələsinə həssas yanaşmalı, insanları min mir bəhanə ilə aldadıb efirə dəvət etməməlidi: "Daha çox sosial şəbəkələrdə jurnalistlər və digər tanınmışların çağırışlarında insan alverinə səsləmə müşahidə edilir. Məsələn, narkotika və fahişəliyin leqallşmasına edilən çağırışlar buna bir şərait yaradır. Azad seks çağırışını bəzən insanlar düşünmədən edir, bundan sonra yarana biləcək problemləri düşünmürlər. Onlar hansısa üsulla çağırış edərək ətrafdakıların da diqqətini bu məsələyə cəlb edə bilərlər. Bəzən pis yola düşən şəxslərin çağırışı digər qadınlara da "örnək" olur. KİV-dən daha çox sosial şəbəkələrdə bunu müşahidə etmək olar. KİV-də gərək bu məsələ həssas yanaşsın. Hər hansı problemi olan qadına yardım etmək, ona əl uzatmaqdansa daha çox peşəkar olmayan ekspertləri dəvət edərək problemi necə gəldi müzakirə edir. Bu tip verilişlər hazırlanarkən əsas məqsəd maarifləndirmə olmaqla yanaşı problemin həlli də prioritet məsələ kimi qəbul edilməlidi. Qadınları dəvət edərək problemlərinin həll ediləcəyini söz verirlər. Bəzi hallarda bu tip proqramlara müraciət edərək problemini həll edə bilməyən qadınlar intihara cəhd edir. QHT nümayəndəsi müşahidə etdiyi bir hadisəni danışır və deyir ki, qucağında halı pisləşən uşağın valideyni onu xəstəxanaya aparmaqdan imtina edərək verilişə getməli olduğunu deyib. Qadın deyir ki, elə bu vəziyyətdə övladı ilə televiziyaya çıxması mütləqdi. O elə düşünürdü ki, veriliş vasitəsi ilə problemi həll olunacaq. Bu məsələyə həssas yanaşmaq lazımdı və demək lazım deyil ki, mən sənin problemini min faiz həll edəcəyəm. Yalançı vədlər sonda böyük faciələr yaradır". Ekspert bu istiqamətdə problemləri həll etmək üçün qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə ehtiyac olduğunu deyir. O deyir ki, hazırda surroqat analıq məsələsi də onların əsas müzakirə predmetlərinə daxildi. Sosioloq Mehman Kərimovda efirdə yayımlanan qadın proqramlarına münasibət bildirib. Gözəl bədən quruluşuna malik xanımların efirə çıxarılması görəsən başqa hansı mətləbə xidmət edir? Bu tip verlişlər də qadın alverinin bir qolu hesab edillərmi? Ekspert deyir ki, nəinki Azərbaycanda, o cümlədən dünyanın müxtəlif ölkələrində bu tip proqramlar hazırlanır. Efir məkanında yaradıcı şəxslərin olmaması səbəbindən verilişlərin çox süni alındığını diqqətə çatdıran M.Kərimov hazırlanan verilişlərin ideyasının müasir gəncliyimizin tələbatından doğmasının vacib olduğunu vurğulayır: "Dünyanın bir çox ölkələrində, Türkiyədə o cümlədən də Avropa ölkələrində bu tip verilişlər davamlı xarakter alıb. Azərbaycanda isə həmin verilişlər yenicə efir məkanına yol açıb. Lakin efir məkanında yaradıcı insanların azlığı xaricdə yayımlanan eyni layihələrin daha çox yamsılamasına xidmət edir. Fikir, ideya mübadiləsi aparmaq lazımdı. Verilişlərin ideyası müasir gəncliyimizin tələbatından doğmalıdı. Bir çox hallarda efirdə yayımlanan verlişlər müəyyən tələbatdan yaranmır. Bu tip verilişlərin yayımında düşünürəm ki, biliyi, dünyagörüşü məhdud, etiqadı zəif olan gənclərimizin bir qismi maraqlıdı. Gənclər həmin verlişlərdə iştirak etməyə meyillidirlər. Bu da cəmiyyətin mənəvi simasının bir qədər də aşınmasına səbəb olur". Bu tip verilişlərin qadın alverinin bir qolu olub-olmamasına isə ekspertin münasibəti belə olub: "Bir qisim şəxslər hazırlanan belə verilişlərin qadın alverini təbliğ etdiyi qənaətində ola bilər. Həmin verilişlər yüngül əxlaqi dəyərlərin təbliğatına səbəb olur. Yayımlanan belə verilişlərin faydasından daha çox zərərləri haqda düşünməliyik. Ciddi mahiyyətə xidmət etməyən verlişlərdə səviyyəsizlik təbliğ olunur. Daha çox qeyri-peşəkar şəxsləri həmin proqramlara cəlb edirlər". Son olaraq İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəsmi saytında olan hesabatı təqdim edirik:

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində qeydə alınmış cinayətlər haqqında məlumat

2005-2013-cü illər (Respublika üzrə)

Respublika üzrə

Qeydiyyata alınıb

2005

2006

2007

2008

2009

2010

2011 

2012

2013

(birici yarımil)

Cəmi cinayət faktları

160

211

283

394

330

221

174

228

152

Cinayətlərin növü

AR CM-nin mad.

İnsan alveri

m. 144-1

1

27

74

76

80

70

69

89

66

Məcburi əmək

m. 144-2

-

1

-

1

3

1

2

2

2

Fahişəliyə cəlb etmə

m. 243

54

58

50

120

80

63

43

48

35

Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə

m. 171

3

7

8

10

4

2

2

4

1

Əxlaqsızlıq yuvaları saxlama

m. 244

97

114

150

180

149

77

53

76

42

Seksual xarakterli hərəkətlərə məcbur etmə

m. 151

5

4

1

7

3

3

2

4

4

İnsan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə

m. 137

-

-

-

-

1

-

2

-

-

Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma 

m. 242

-

-

-

-

10

5

1

5

2

Cinayət törətmiş şəxslər

153

207

300

349

289

137 

97

145

59

o cümlədən insan alverçiləri (144-1-cimaddə ilə)

1

23

93

91 

76

39

20

22

6

Qurbanlar

1

86

101

78

91

34

29

53

20

 Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31