Narkotik istifadəçilər daha çox imkanlı şəxslərdir
18 İyul 2012 17:15 ProblemAzərbaycanda narkotiklərdən istifadə edənlər müxtəlif sosial təbəqələrə aiddirlər. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib ki, narkotiklər daha çox mənfəət gətirdiyi üçün imkanlı şəxslərin narkotiklərdən istifadəsi və ya onların bu tora salınması cəhdləri daha çox müşahidə edilir: "Bizi əsas düşündürən məsələ isə odur ki, Azərbaycanda ümumiyyətlə narkotik istifadəçilər olmasın". Məzahir Əfəndiyev onu da deyib ki, son illər narkotik istifadəçilər arasında yaş senzi 40-dan 17-yə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31