Qadın zorakılığa məruz qalır, amma adekvat cəza yoxdur
23 Dekabr 2013 14:33 ProblemQadın Böhran Mərkəzi qadın zorakılığı ilə bağlı yeni bir layihə çərçivəsində monitorinqlər keçirəcək. Bu barədə "OLAYLAR"a məlumat verən mərkəzin rəhbəri Mətanət Əzizova bildirdi ki, əgər qadın zorakılığa məruz qalırsa, beynəlxalq sənədlərdə də qeyd olunur. Azərbaycan respubkikası qadın zorakılığı ilə bağlı beynəlxalq sənədlərə imza atıb, ratifikasiya edib. Beynəlxalq sənədlərdə zorakılığa qarşı mübarizənin 3 mərhələsi göstərilir. Birinci əgər zorakılıq varsa, maarifləndirilmə aparılmalıdır. Ikinci qanunvericilik bazası möhkəmləndirilməlidir. Üçüncü növbədə isə təhlükəsizliyin təmin olunması gedir. Sığınacaqların təşkili və s. M.Əzizova bildirdi ki, bizdə bu gün vəziyyətə baxsaq, görərik həm QHT-lər, həm də dövlət strukturları yalnız maarifləndirmə kompaniyası keçirir. Amma qanunvericilik bazasını, əksinə yumşaldıblar: "Əgər ailədə kimsə döyülürsə, buna görə qarşı tərəfə cərimə tətbiq olunur ki, bu da adekvat cəza deyil. Əgər hər bir insan qanunu pozursa, onun əməlinə uyğun cəza olmalıdır".
Qeyd edək ki, yeni layihədə əsas məqsəd təhlükəsizlik olacaq. Belə ki, ailədə zorakılığa məruz qalan qadının təhlükəsizliyini təmin etmək mümkün olsaydı, məsələn sığınacaq, mühafizə orderi ilə təmin etmək mümkün olsaydı, ola bilsin ki, ölüm hadisələri olmazdı. Mərkəz monitorinq keçirib bununla bağlı hesabat hazırlayacaq və müvafiq dövlət qurumlarına hesabat verəcək. Qanunda hansı boşluqların olmasını, hansı dəyişiklik və əlavələrin lazım olduğunu açıqlayaq ki, ailədə qadın olümləri olmasın. Məhkəmələrin işi də diqqətdə olacaq: "Məhkəmələrin işi yalnız müdafiə etmək yox, qorumaqdır da. Hüquq-mühafizə orqanları öz hüquqlarını yerinə yetirmirlərsə, şikayətlərimiz başlayacaq . Tez-tez qadınların ərizələrini götürmədiklərini, rüşvətlə işi tez-tez başlamaları ilə qarşılaşırıq. Əsas da əgər qadın zorakılağa məruz qalırsa, şikayətlərin sayını çoxaltmaq və Avropa Məhkəməsinə qədər getməsini istəyirik".