Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iki ildə 9 kənddə erkən nikaha qarşı maarifləndirmə aparıb
20 Dekabr 2013 16:42 ProblemErkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə 2012-ci-2013-cü illərdə Lənkəran şəhəri və Masallı rayonu üzrə 9 kənddə maarifləndirmə tədbirləri keçirib. Komitənin məlumatına görə,
həyata keçirilən tədbirlərin nəticəsinin, eləcə də qarşıda duran məsələlərin müzakirəsi məqsədilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində həmin kəndlərin ərazi icra nümayəndələri, polis əməkdaşları, din xadimləri, səhiyyə və təhsil işçiləri, ictimai fəalların iştirakı ilə tədbir keçirilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31