Azərbaycanda 100-dən artıq qadın öldürülüb
Mətanət Əzizova: “Zorakılıq daha sərt formaya keçir”
20 Dekabr 2013 14:45 ProblemBu ilin 6 ayında ailə zorakılığı ilə bağlı Qadın Krizis Mərkəzinə 700-dən çox müraciət daxil olur. Bu barədə "OLAYLAR"a məlumat verən mərkəzin rəhbəri Mətanət Əzizova bildirib ki, keçən il ərzində mərkəzə 872 müraciət daxil olub: "6 aylıq müraciətlərin sayı onu göstərir ki, ilin sonunda hesabalama aparanda müraciətlərin sayı keçən ilkindən çox olacaq. Bu il daha çox döyülməyə görə müraciət ediblər. Müraciətlərin çox olmasına əsasən zorakılığın artmasını demək olmaz. Ola bilsin ki, qadınların öz hüquqlarını bilməsi və hara müraciət etmələrini bilmələri müraciətlərin sayında artım yaradır. Digər tərəfdən də ailə zorakılığının artdığını da demək olar. Bu gün zorakılıq döyülmə mərhələsindən digər bir mərhələyə keçib. Qadınların arasında ölüm fakları artıb. KİV-də aparılan monitorinqə görə keçən il əgər 57 nəfər öldürülmüşdüsə, artıq bu il 100-dən artıq qadın öldürülüb. Eləcə də 100-dən artıq zorakılığa məruz qalan arasında intihar və yaxud buna cəhd edən olub. Bu rəqəmlər onu göstərir ki, ailə zorakılığı həm artır, həm də daha sərt formaya keçir".