86 nömrəli marşrutda insident-sürücü sərnişinləri söydü

Hər gün gündəlik olaraq istifadə etdiyimiz ictimai nəqliyyatda müxtəlif xoşagəlməz hallarla qarşılaşırıq. Əsas problemlərdən biri də avtobus sürücülərinin sərnişinlərlə davranışıdı. Bəzən haqlı, bəzən də haqsız yerə sərnişinlərlə mübahisə edən, söyüb onu təhqir edən sürücülər təəssüf hissi ilə deyə bilərik ki, az deyil. Bu gün səhər radələrində 86 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TF 763 nömrəli avtobusda da buna bənzər hal baş verib. Redaksiyamıza daxil olan məlumata görə, sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb. Hadisənin təfərrüatlarına görə, dayanacaq da saxladığı üçün avtobus sürcüsü ilə arxadakı BMVmarkalı avtomobil sürücüsü arasında mübahisə yaranıb. BMV markalı avtomobilin sükanı arxasında əyləşən şəxs avtobus sürücüsü ilə dalaşaraq onu söyüb. Avtobus sürücüsü isə "mən özümə heç bir söyüş götürmürəm, bütün söyüşlər siz sərnişinlərə çatır". Hələ bu azmış kimi növbəti dayanacaqda düşən sərnişini də avtobus sürücüsü söyüş atəşinə tutaraq "bax, p...yeyir sözü sənə, səndən sonra düşənlərə aiddi". Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin də münasibətini öyrənəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31