Əhmədlidə dözülməz vəziyyət - PROBLEM

Tusi 21 ünvanında kanalizasiya partlayıb, sakinlər evlərinə gedə bilmir

Bakıda bir binada biabırçı vəziyyət yaranıb. Bu barədə "OLAYLAR"a sakinlər məlumat verib. Məlumata görə,  hadisə Bakının Əhmədli qəsəbəsi, N.Tusi küçəsi 21 ünvanındakı beşmərtəbəli binada baş verib. Binanın ikinci giriş blokundakı kanalizasiya xətti qəfil partlayıb. Nəticədə blokda və binanın zirzəmisində biabırçı vəziyyət yaranıb.Sakinlər deyirlər ki, artıq bir həftədən çoxdur ki, hadisə baş verib. Məsələ ilə bağlı əraziyə cavabdeh olan 87 saylı Mənzil İstismar Sahəsinə(MİS)məlumat verilsə də, problem barədə heç bir tədbir görülməyib.  Mənzil İstismar Sahəsinin rəhbərliyi bu barədə maraqlanmaq istəmir. Hazırda binanın zirzəmisi kanalizasiya suyu ilə dolduğundan binaya giriş imkansız olub. Binadakı bütün mənzilləri üfunət iyi bürüsə də, bu problemin həlli istiqamətində heç bir iş görülməyib. Artıq sakinlər məsələ ilə bağlı etiraz aksiyası keçirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31