Azərbaycana gələn tırlar yolda qaldı

Gürbulak Sərhəd Qapısından İran, Türkmənistan və Azərbaycana getmək üzrə yola çıxan 20 tır qar yağışı və yolların buzlanması səbəbi ilə yolda qalıb . Türkiyənin Gürbulak sərhəd məntəqəsindən İran, Türkmənistan və Azərbaycana getmək üçün yola çıxan 20-dən ağır tonnajlı yük maşınları yağan qar yağışı və yolların buz bağlaması səbəbindən yolda qalıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, İpək Dağı keçidində güclü tipi və buzlanma nəticəsində hərəkət məhdudlaşıb. Uzun müddət yardım gözləyən tır sürücülərinin köməyinə xilasedicilər gəlib. Tırların təkərlərinə zəncir vurulub. Yalnız bundan sonra tırların hərəkəti mümkün olub. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31