Moskvada metrosunda qatarların hərəkəti iflic oldu
14:35 ProblemRusiyanın paytaxtı Moskvada metronun Sokolniç xəttind qəza baş verib.
Trend bu barədə Rusiya mediasına instinadən xəbər verir.
Məlumata görə, hadisə yerli vaxtla 11:00 radələrində baş verib. Xəttdən qatı tüstünün qalxmasından sonra həmin ərazidə olan qatarın sərnişinləri vaqonlardan çıxarılıb. Tunel daxilindən 200-ə yaxın sərnişin təxliyə olunub.
İnsidentlə əlaqədar həmin xəttdə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Aparılan operativ işlərdən sonra təxminən bir saat ərzində xətt üzrə normal fəaliyyət bərpa olunub.
Məqalədə:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31