Metro nasazlığı Bakıda sıxlıq yaradıb (FOTO/VİDEO) (YENİLƏNİB)
14:17 ProblemBakı metropolitenində baş verən texniki nasazlıq paytaxtda nəqliyyat sıxlığına səbəb olub.
Trend-in məlumatına görə, metronun fəaliyyətində yaranan fasilə şəhərin digər ictimai nəqliyyat vasitələrinə də təsir edib. Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb.
Xüsusilə "28 May" və "Elmlər Akademiyası" stansiyaları ətrafında sərnişin axınıartıb.
Qeyd edək ki, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq qeydə alınıb. Hadisə ilə əlaqədar metro stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
xxx
13:09
Xəbər verdiyimiz kimi, Bakı metropolitenində texniki nasazlıq baş verib.
Trend-in məlumatına görə, bütün stansiyalarda sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Yaxın bir saat ərzində metropolitenin fəaliyyətinin bərpa ediləcəyi gözlənilir.